Dünya · Trend.az

Fransada yuxarı sinif şagirdlərinin aksiyalarında 600 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada yuxarı sinif şagirdlərinin aksiyalarında 600 nəfər saxlanılıb xəbəri üçün şəkil

Bakı.Trend: Fransanın cənginə almış etiraz dalğası fonunda yuxarı sinif şagirlərinin keçirdiyi etiraz aksiyalarında 600 nəfər saxlanılıb. Bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən məlumat yayıb…

Bakı.Trend:

Fransanın cənginə almış etiraz dalğası fonunda yuxarı sinif şagirlərinin keçirdiyi etiraz aksiyalarında 600 nəfər saxlanılıb.

Bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, nümayişlər respublikanın 564 təhsil müəssisəsinin qarşısında keçirilir və onların fəaliyyəti pozulub.

Daha əvvəl Fransanın ədliyyə naziri Jerald Darmanen RTL radiostansiyasının efirində bildirib ki, şagirdlərin nümayişlərində 2 min nəfər saxlanılıb. Onların 10 faizi yetkinlik yaşına çatmış şəxslərdir və məktəblərlə heç bir əlaqəsi yoxdur.

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə paytaxt regionu İl-de-Fransda başlayıb və hazırda ölkənin bütün ərazisinə yayılıb. Aksiyaların iştirakçıları həddən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑