İqtisadiyyat · Trend.az

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib (FOTO) (YENİLƏNİB)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib (FOTO) (YENİLƏNİB) xəbəri üçün şəkil

Bakı. Trend:

Bakıda Azərbaycan və Çexiya arasında iqtisadi və biznes əlaqələrinin inkişaf etdirilməsi, iki ölkənin şirkətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, forumda Çexiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri təmsil olunub. Təqdim olunan şirkət profillərinə əsasən, Çexiya tərəfi nəqliyyat, dəmir yolu infrastrukturu, aviasiya, logistika, müdafiə sənayesi, mühəndislik, sənaye texnologiyaları və maliyyə xidmətləri kimi sahələrdə əməkdaşlıq imkanları təklif edib.

Çexiya şirkətləri arasında ağıllı nəqliyyat sistemlərinin hazırlanması ilə məşğul olan "CAMEA Technology", dəmir yolu nəqliyyatı üçün avadanlıq və komponentlər tədarük edən "BONATRANS GROUP", aviasiya sahəsində kadr hazırlığı üzrə ixtisaslaşan "Czech Aviation Training Centre", eləcə də beynəlxalq logistika xidmətləri göstərən "EGT Express CZ" yer alıb.

Tədbirdə, həmçinin Çexiya İxrac Bankı (Czech Export Bank) və İxrac Zəmanəti və Sığorta Korporasiyası (EGAP) kimi maliyyə qurumlarının təmsil olunması iki ölkə arasında ixracın maliyyələşdirilməsi, sığorta və biznes layihələrinin dəstəklənməsi imkanlarını aktuallaşdırıb.

Çexiya tərəfinin təqdim etdiyi digər şirkətlər arasında dəmir yolu yükdaşımaları sahəsində fəaliyyət göstərən "ČD Cargo", hava limanı xidmətləri göstərən "Ostrava Airport" və "Karlovy Vary Airport", müdafiə və müşahidə texnologiyaları üzrə ixtisaslaşan "ERA", eləcə də sənaye mühəndisliyi sahəsində çalışan "Škoda Group və Wikov Group" var.

Bundan başqa, forumda iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri ağıllı mobillik, nəqliyyatın rəqəmsallaşdırılması, sənaye avadanlıqları, metal emalı texnologiyaları və infrastruktur layihələri üzrə əməkdaşlıq üçün potensial yaradıb.

Biznes forumu Azərbaycan və Çexiya şirkətləri arasında birbaşa əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və qarşılıqlı investisiya imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑