Siyasət · Trend.az

Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır xəbəri üçün şəkil

Bakı. Trend:

Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyə İğıl Bakıda Əlcəzair inqilabının başlanmasının 72-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

“Bu il birgə komissiyanın yaradılması ikitərəfli əməkdaşlığın inkişafında mühüm mərhələ oldu. Biz onun ilk iclasının 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsini planlaşdırırıq”, – deyə səfir bildirib.

O həmçinin qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq siyasi dialoq, parlamentlərarası mübadilələr, mədəni əlaqələrin inkişafı, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət sayəsində yeni təkan qazanır.

Səfir karbohidrogenlər, təbii qaz, neft-kimya və bərpaolunan enerji sahələrində tərəfdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıb.

“Bu baxımdan, cari ildə neft-qaz sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun ratifikasiya edilməsini alqışlayırıq”, – deyə o bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑