Hadisə · Təzadlar

Qisas almaq istədi, 14 il həbsə məhkum olundu - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qisas almaq istədi, 14 il həbsə məhkum olundu - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub.

Tezadlar.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə Novruz bayramı günü Saatlı rayonunun Fətəlikənd kəndində baş verib. Həmin gün Rövşən və Rizvanın böyük qardaşı Ərşad arasında kafenin qarşısında münaqişə olub. Bu zaman Rizvan onlara müdaxilə edərək ayırıb. Qardaşının bibisi oğlu tərəfindən döyülməsini qəbul edə bilməyən Rizvan evdən bıçaq götürərək qisas almaq məqsədilə geri qayıdıb və Rövşənə bir neçə zərbə endirib. O aldığı xəsarətlərdən vəfat edib.

Məhkəmədə Rövşənin yaxınları cinayətdə Ərşadın da iştirak etdiyini iddia ediblər.

Hökmə əsasən, 49 yaşlı Rizvan Söhbətov 14 il həbs cəzasına məhkum edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑