Norveçin xarici işlər naziri Espen Bart Eide ölkəsindəki Nobel Komitəsini hədəf alan ABŞ Prezidenti Donald Trampa cavab olaraq deyib: “O, Nobel Komitəsinin müstəqil bir qurum olduğunu çox yaxşı bilir”.
Tezadlar.az xəbər verir ki, Norveç televiziyasının NRK-ya verdiyi açıqlamada Eide Miçiqanda keçirilən seçki kampaniyası mitinqində Trampın Norveçi hədəf alan açıqlamalarına münasibət bildirib.
Nobel Sülh Mükafatına layiq görülmədiyi üçün Norveçə mənfi reaksiya verən Trampa cavab olaraq Eide deyib: “O, Nobel Komitəsinin müstəqil bir qurum olduğunu çox yaxşı bilir. Maraqlananlar üçün deyim ki, biz ona bunu xatırlatdıq və vəziyyət eyni olaraq qalır”.
Miçiqanda keçirilən seçki kampaniyası mitinqində çıxış edən ABŞ Prezidenti Tramp Norveçə istinad edərək deyib: “Mən Norveçi sevmədiyimi dedim, yadınızdadır? Düzü, Norveç dəhşətli bir ölkədir”.
Tramp əvvəllər başqa bir mitinqdə demişdi: “Niyə dəhşətli ölkələrdən insanları qəbul edirik, niyə Norveç, İsveç və Danimarka kimi ölkələrdən insanları qəbul etmirik?”
Xatırladaq ki, ABŞ prezidenti dəfələrlə Nobel Sülh Mükafatına layiq olduğunu iddia edərək, səkkiz müharibəyə son qoyduğunu iddia edib.
ELBAR






