Dünya · Təzadlar

Məşhur aktyorun qızı ata soyadından imtina edərək anasının soyadına keçib - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur aktyorun qızı ata soyadından imtina edərək anasının soyadına keçib - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Aktyorlar Bred Pitt və Ancelina Coli-Pittin 18 yaşlı qızı Vivyen rəsmi olaraq soyadını dəyişib.

 Tezadlar.az xəbər verir ki, Kaliforniya ştatının Los-Anceles şəhərindəki Ali Məhkəmənin hakimi noyabrın 2-də Vivyenin “Coli-Pitt” soyadını “Coli” ilə əvəzləməsini təsdiqləyib. Məhkəmə sənədlərində bu qərara heç bir etirazın olmadığı bildirilib.

Qeyd edək ki, cütlüyün digər qızı Zahara da sentyabrın sonunda soyadından “Pitt” hissəsini çıxararaq Zahara Marli Coli adını götürüb. Onların övladları Meddoks və Şaylo da eyni addımı atıblar.

Xatırladaq ki, Bred Pitt və Ancelina Colinin altı övladı var. Onlardan üçü övladlığa götürülüb. Vivyen ailənin ən kiçik övladıdır. Onun əkiz qardaşı Noks ondan bir neçə dəqiqə əvvəl dünyaya gəlib.

Cütlük 2016-cı ildə ayrılıb. Onların boşanması isə səkkiz ildən çox davam edən məhkəmə prosesindən sonra 2024-cü ilin dekabrında rəsmiləşib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑