Yəməndəki İran tərəfindən dəstəklənən Husi üsyançıları Səudiyyə Ərəbistanının Eurofighter Typhoon döyüş təyyarəsinin Səada əyaləti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alındığını göstərən görüntüləri yayımlayıblar. Husilər təyyarənin vurulduğunu iddia edirlər, Səudiyyə Ərəbistanı isə hələlik açıqlama verməyib.
Tezadlar.az xəbər verir ki, görüntülərdə döyüş təyyarəsinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduqdan sonra əks tədbirlər gördüyü görünür.
Husi sözçüsü Yəhya Sari təyyarənin birbaşa vurulduğunu və az qala qəzaya uğradığını bildirib. Lakin açıqlamadan sonra ərazidə heç bir dağıntı tapılmayıb. Səudiyyə Ərəbistanı hər hansı bir döyüş təyyarəsinin vurulub-vurulmadığı və ya zədələnib-zədələnmədiyi barədə heç bir şərh verməyib.
Paylaşılan görüntülərdə döyüş təyyarəsinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduqdan sonra əks tədbirlər gördüyü göstərilir. Husi üsyançıları əvvəllər Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcı təyyarəsini vurduqlarını və dağıntıların görüntülərini paylaşdıqlarını açıqlamışdılar.
ELBAR





