Gündəm · Təzadlar

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bu gün Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür. Tezadlar.az xatırladır ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan ordusu Gəncədə daha bir terror törədib.

Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Terrorçulara lənət olsun!

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑