Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib. Tezadlar.az komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov…
Cəmiyyət
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib.
Tezadlar.az komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda adıçəkilən rayonların sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.