Dünya · Təzadlar

Rusiya dəmir yollarının bərpası üçün Ermənistanın cavabını gözləyir - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya dəmir yollarının bərpası üçün Ermənistanın cavabını gözləyir - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Rusiya Ermənistandan "Rusiya Dəmir Yolları"nın konsessiyasında olan, Yerasxdan Naxçıvan (Azərbaycan) sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər…

Rusiya Ermənistandan “Rusiya Dəmir Yolları”nın konsessiyasında olan, Yerasxdan Naxçıvan (Azərbaycan) sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı təklifə reaksiya gözləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bu gün digər məsələlərlə yanaşı, “Rusiya Dəmir Yolları”nın konsessiyasında olan Ermənistan dəmir yollarının iki kiçik hissəsinin tikintisi və bərpası ilə bağlı məsələ də müzakirə olunub. Biz diqqətə çatdırdıq ki, bu iki hissənin bərpasını dəstəkləyirik və məhz Yerasxdan Naxçıvana və Gümrüdən Türkiyə sərhədinə qədər nəqliyyat əlaqəsini təmin etmək baxımından iştirak etməyə və burada Ermənistana kömək göstərməyə hazırıq”, – o qeyd edib.

A.Overçukun sözlərinə görə, bu qərarlar hələ yanvar ayında Rusiya Prezidenti Vladimir Putin səviyyəsində qəbul edilib və Rusiya tərəfi Ermənistanın reaksiyasını gözləyir: “Amma mən düşünürəm ki, yaxın vaxtlarda bu məsələni daha da irəli aparacaq çox mühüm görüşlər keçirilməlidir”.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑