Dünya · Təzadlar

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə dəniz piyadaları qüvvələri göndərməyi planlaşdırır. Tezadlar.az xəbər verir ki, bu barədə…

Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə dəniz piyadaları qüvvələri göndərməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla yazıb.

Məlumata görə, bu, bölgədəki ABŞ hərbi kontingentinin daha 9-10 min nəfər artırılması deməkdir. Gəmilərin, qırıcı təyyarələrin, dəniz piyadalarının və dənizçilərin noyabrın sonunadək bölgəyə çatacağı gözlənilir.

“Theodore Roosevelt” aviadaşıyıcısı sentyabrın 27-də San-Dieqodan yola düşüb. Hazırda “George H.W. Bush” və “George Washington” aviadaşıyıcıları da Yaxın Şərqdə yerləşdirilib.

Qəzetin məlumatına görə, “George Washington” bölgədə qalarsa, ABŞ aprel ayından bəri ilk dəfə burada eyni vaxtda üç aviadaşıyıcı zərbə qrupuna malik olacaq.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑