Misir Efiopiyanın Əddis-Əbəbədəki Misir diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq, Qahirədəki Efiopiya…
Dünya
Misir Efiopiyanın Əddis-Əbəbədəki Misir diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq, Qahirədəki Efiopiya səfirliyinin bir əməkdaşını ölkədən çıxaracaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İxbariya” dövlət telekanalı məlumat yayıb. Bildirilir ki, diplomat 48 saat ərzində Misiri tərk etməlidir.
Qeyd edək ki, Efiopiya oktyabrın 1-də Misir səfirliyinin əməkdaşlarından birini “persona non qrata” elan edib. Qahirə qərarı əsassız hesab etsə də, Əddis-Əbəbənin addımına mütənasib cavab verəcəyini açıqlayıb.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.