Hadisə · Təzadlar

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Qarabağ iqtisadi rayonundakı "Qızılqaya" və Naxçıvan Muxtar Respublikasındakı "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid…

Qarabağ iqtisadi rayonundakı “Qızılqaya” və Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminə “Yüksək Səviyyəli Müşahidəçi Günü” başa çatdıqdan sonra yekun vurulub.

Müdafiə Nazirliyindən Tezadlar.az-a bildirilib ki, təlimin başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər 3 ölkənin iştirakçı, 9 ölkənin isə müşahidəçi qismində qatıldığı təlimin hərbi qulluqçular arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə və dostluq əlaqələrinin genişlənməsinə töhfə verdiyini bildiriblər.

Qeyd olunub ki, çətin relyef və real döyüş şəraitinə uyğunlaşdırılmış fəaliyyətlərin icrası zamanı hərbi qulluqçular yüksək peşəkarlıq, taktiki savad və koordinasiyalı fəaliyyət nümayiş etdiriblər. Təlim müddətində hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları iştirakçılar tərəfindən maraqla izlənilib.

 

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑