Mədəniyyət · Təzadlar

"Bir ay uşaq yeməyi ilə qidalandım" - Miryusifin botoksdan zərər görən xanımı - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Bir ay uşaq yeməyi ilə qidalandım" - Miryusifin botoksdan zərər görən xanımı - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Xalq artisti Miri Yusifin bloger xanımı Nərgiz Mirbabayeva botoksla bağlı etiraf edib. Tezadlar.az xəbər verir ki, bloger prosedurdan sonra ciddi…

Xalq artisti Miri Yusifin bloger xanımı Nərgiz Mirbabayeva botoksla bağlı etiraf edib.

Tezadlar.az xəbər verir ki, bloger prosedurdan sonra ciddi problemlər yaşadığını bildirib. Nərgiz qeyd edib ki, botoksu illərdir müraciət etdiyi həkimə etdirib:

“İyunda botoks etdirdim. Uğursuz prosedur deyə bilmərəm, çünki illərdir getdiyim həkim etmişdi. Amma məndə reaksiya yarandı. Göz qapaqlarım düşdü, danışa və udquna bilmirdim. Bir ay uşaq yeməyi ilə qidalandım. Hətta qollarımı tərpədə, başımı yataqdan qaldıra bilmirdim. Çox əziyyət çəkdim.

Botoks etdirməyi bir il müddətinə özümə qadağa qoydum. Düşünürəm ki, belə də gözələm”.

Qeyd edək ki, indiyədək bir çox qadın botoksdan sonra səhhətində problemlər yarandığını açıqlamışdı.

 

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑