Cəmiyyət · Təzadlar

Bakıda 20-dək bina söküləcək - kompensasiyadan narazılıq var (VİDEO) - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda 20-dək bina söküləcək - kompensasiyadan narazılıq var (VİDEO) - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Tezadlar.az xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz…

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək.

Tezadlar.az  xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq.

Uzun müddətdir bu xəbəri gözləyən sakinlər deyirlər ki, artıq bu evlərdə yaşamaq mümkün deyil.

Bəzi sakinlər isə təklif olunan kompensasiya ilə razılaşmadığını bildirir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planına əsasən artıq ötən ildən 200-dən çox qəzalı və istismar müddətini bitirmiş binaların söküntüsünə start verilib. O ki qaldı bu ərazilərdə sakinlərə veriləcək kompensasiyalara, o barədə hələ ki, heç bir informasiya yoxdur.

Vüqar Oruc onu da əlavə edib ki, söküntü prosesinin həm investorlar, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur. İnvestoralar tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası, dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması plalaşdırılır.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑