Mədəniyyət · Təzadlar

Azərbaycanlı sənətkarlar İstanbul sərgisində iştirak edirlər - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlı sənətkarlar İstanbul sərgisində iştirak edirlər - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Azərbaycanlı sənətkarlar Türkiyənin İstanbul şəhərində keçirilən "CraftIstanbul" 7-ci Beynəlxalq Əl Sənətləri və Dizayn Sərgisində iştirak edirlər…

Azərbaycanlı sənətkarlar Türkiyənin İstanbul şəhərində keçirilən “CraftIstanbul” 7-ci Beynəlxalq Əl Sənətləri və Dizayn Sərgisində iştirak edirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərgi Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisinin və Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutur.

Oktyabrın 1-4-nü əhatə edən sərgidə azərbaycanlı sənətkarlardan Mətanət Mirzəliyeva ənənəvi ipək kəlağayı nümunələrini, Səməni Qasımova isə kilim nümunələrini təqdim edir. Onlar ziyarətçiləri bu sənətlərin arxasındakı ustalıq və hekayələrlə tanış edirlər. Əl işləri Azərbaycanın nəsildən-nəslə ötürülən, bu gün də yaşadılan sənətkarlıq ənənələrinə yaxından nəzər salmaq imkanı yaradır.

Ziyarətçilər təqdim olunan nümunələr və onları hazırlayan sənətkarlar vasitəsilə kəlağayının, kilimlərin hazırlanma texnikaları, eləcə də bu sənətlərə özünəməxsusluq verən mədəni ənənələr haqqında məlumat əldə edirlər. Təqdimatın mərkəzində irsi yaşadan insanlar və onların əməyi dayanıb. Bu yanaşma ənənəvi sənətkarlığın Azərbaycanın bugünkü mədəni həyatındakı yerini göstərir.

Qeyd edək ki, Türkiyənin əl sənətləri, dizayn və mədəni irs sahəsində aparıcı beynəlxalq platformalarından biri olan “CraftIstanbul”un 7-ci sərgisi 220 sərgi iştirakçısını, 600-dən çox sənətkar və dizayneri, eləcə də 50 beynəlxalq iştirakçını bir araya gətirir. Dörd gün ərzində sərgidə 150-yə yaxın seminar və müxtəlif fəaliyyət təşkil olunacaq. Tədbir 30 mindən çox ziyarətçi qəbul edir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑