ABŞ Prezidenti Donald Tramp Polşada Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, Tramp jurnalistlərin…
Dünya
ABŞ Prezidenti Donald Tramp Polşada Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu bildirib.
Tezadlar.azxəbər verir ki, Tramp jurnalistlərin sualını cavablandırarkən bunun nəzərdən keçirildiyini və belə bir bazanın yaradıla biləcəyini deyib. O, qərar verib-vermədiyini isə dəqiqləşdirməyib.
Qeyd edək ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış daha əvvəl ölkədə daimi ABŞ hərbi bazasının yaradılmasının nəzərdən keçirildiyini açıqlamışdı. Sentyabrın əvvəlində ABŞ nümayəndə heyəti Polşaya səfər edərək mümkün əraziləri araşdırıb.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.