Dünya · Təzadlar

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə yeni sanksiyalar tətbiq edib - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə yeni sanksiyalar tətbiq edib - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

ABŞ bu gün HƏMAS-ın maliyyə şəbəkəsinə, o cümlədən Fələstin qruplaşmasının hərbi qanadının bir üzvünə, Fransada vəsait toplayan iki şəxsə və iki təşkilata…

ABŞ bu gün HƏMAS-ın maliyyə şəbəkəsinə, o cümlədən Fələstin qruplaşmasının hərbi qanadının bir üzvünə, Fransada vəsait toplayan iki şəxsə və iki təşkilata qarşı əlavə sanksiyalar tətbiq edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu sanksiyalar saxta xeyriyyə strukturlarından və kriptovalyuta kanallarından istifadə edərək 2 milyon dollardan çox vəsaitin HƏMAS-a yönəldildiyi mürəkkəb çoxillik maliyyə arxitekturasını aşkar edir. Bu, təşkilatın aşkarlanmaqdan yayınmaq üçün vəsait toplama üsullarını dəyişdirmək qabiliyyətini hələ də qoruduğunu göstərir”, – ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.

Qurumun məlumatına görə, HƏMAS üzvü Səlim Abdulla Səlim əz-Zək qruplaşmanın Qəzza zolağındakı hərbi qanadının tabor komandirinin müavinidir.

Maliyyə Nazirliyindən bildirilib ki, o, HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam” briqadasına əhəmiyyətli miqdarda vəsait köçürmək üçün müxtəlif pul köçürmə xidmətləri və kriptovalyuta cüzdanlarından istifadə edən maliyyə şəbəkəsinə nəzarət edir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑