Mədəniyyət · Təzadlar

Bakıda musiqi dolu unudulmaz gecələr yaşandı - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda musiqi dolu unudulmaz gecələr yaşandı - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bakı Beynəlxalq Muğam Mərkəzində Virtuosos of  Baku orkestrinin təqdimatında müxtəlif musiqi janrlarını özündəbirləşdirən konsert proqramları keçirilib. Müasir instrumental musiqinin romantikası, sevilən kino melodiyalarının nostaljisi vəcazın özünəməxsus ab-havası bir araya gələrək dinləyicilərəunudulmaz musiqi anları bəxş edib.

Konsert proqramlarından biri dünya şöhrətli italyan bəstəkarı vəpianoçu Lüduviko Eynaudinin yaradıcılığına həsr olunub.Orkestrin ifasında bəstəkarın dinləyicilərin sevimlisinə çevrilmişExperience, Nuvole Bianche, Una Mattina, Divenire, I Giorni vədigər məşhur əsərləri səsləndirilib.

Zərif melodik xətlər, duyğulu harmoniyalar, sadəlik və dərinliyinözünəməxsus vəhdəti ilə seçilən Eynaudi musiqisi zalda xüsusiovqat yaradıb. Hər bir nota sanki ayrıca bir hekayə danışaraqdinləyicilərin qəlbinə yol tapıb.

Gecənin ikinci hissəsi isə “Türk kinematoqrafiyasının səsi” adlıproqramla davam edib. Məşhur türk filmlərindən tanış və sevilənmusiqi mövzuları yenidən səslənərək tamaşaçıları kinoxatirələrinin sehrli dünyasına aparıb. Ekran əsərləri ilə yaddaşlarahəkk olunmuş melodiyalar keçmişin xoş anlarını yenidənyaşadaraq gecəyə isti, nostalji və duyğusal ovqat bəxş edib.

Virtuosos of Baku orkestrinin daha bir konsert proqramı isəsaksofonun müşayiəti ilə romantik orkestr musiqisinə həsr olunub.Bakı Beynəlxalq Muğam Mərkəzində təqdim olunan proqramdaklassik və romantik musiqinin incə çalarları öz əksini tapıb.

Saksofonun məlahətli, məxməri və özünəməxsus səsi orkestrinzəngin musiqi palitrası ilə vəhdət yaradaraq dinləyicilərə xüsusimusiqi zövqü yaşadıb. İfa olunan əsərlərin emosional dərinliyi vəahəngdarlığı gecəyə romantik ovqat qatıb.

Konsertin ikinci hissəsində isə dinləyiciləri caz musiqisininrəngarəng dünyası gözləyib. Virtuosos of Baku orkestrinintəqdimatında səslənən caz kompozisiyaları gecəyə tamamilə fərqlidinamika və enerji gətirib. Saksofonun ifadəli tembri orkestrindolğun səslənməsi ilə birləşərək musiqi nömrələrinə yeni çalarlarqazandırıb. Vokal ifaları isə proqramın bədii zənginliyini daha da artıraraq musiqi axşamına xüsusi rəng qatıb.

Beləliklə, Virtuosos of Baku- nun konsertləri Lüduviko Eynaudininincə və düşündürücü melodiyalarından türk kinosunun unudulmazmusiqilərinə, romantik orkestr əsərlərindən cazın sərbəst vəcoşqun ritmlərinə qədər geniş musiqi palitrasını əhatə edib.

Bu musiqi görüşləri bir daha göstərib ki, həqiqi sənətin sərhədiyoxdur. O, müxtəlif nəsilləri və zövqləri bir araya gətirir, xatirələricanlandırır, duyğuları oyadır və insanlarla universal musiqi dili ilədanışır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑