Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur. Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.
Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə “copy-paste” edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.
Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.
Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.
İran və Türkiyədən, xüsusilə “Telegram”, “X” və “TikTok” platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır.
Azərbaycan Respublikası Media və Yayım Şurası
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Dünyada dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədə yaşayan insanların təxminən 57 faizi sağlam qidalanmaq üçün kifayət qədər vəsaitə malik deyil. Bu ölkələrdə hər altı nəfərdən biri aclıqla üzləşir.Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlu
Təsəvvür edin, qarşınızda yüzlərlə səhifədən ibarət qədim bir kitab var. Səhifələrində qəribə bitkilər, naməlum simvollar, ulduz xəritələri və insan təsvirləri yer alır. Lakin kitabın hansı dildə yazıldığını, müəllifinin kim olduğunu və əslində nə anlatdığını heç kim dəqiq bilmir. Üstəlik, mütəxəssi
Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub.Sfera.az xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətkarın yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik” adlı tədbir keçirilib.Mədəniyyət
Çexiyanın “Skoda Group” şirkəti Azərbaycanda dəmir yolu nəqliyyat vasitələrinin istehsalı və təmiri üzrə müəssisə yaratmağı planlaşdırır. Layihənin həyata keçirilməsi yerli sənayenin inkişafına, yeni iş yerlərinin açılmasına və müasir texnologiyaların Azərbaycana transferinə imkan yarada
KEÇƏK MƏTLƏBƏ: Azərbaycan Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 85 saylı qərarı ilə “Azər-Tikinti-Şirkəti» MMC-yə Bakı şəhər Nəsimi rayonunun Azadlıq prospekti, Sahib Zeynalov və Mirəli…
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Sergey Beskrestnov ABŞ-nin “SpaceX” şirkətinin Ukrayna ordusunun istifadə etdiyi peyk internetinin sürətini məhdudlaşdırdığını və bunun bəzi hərbi tapşırıqların icrasına mane olduğunu iddia edib.Sfera.az xəbər verir ki, müdafiə texnologiyalarının ink