Mədəniyyət · Təzadlar

"Aygün Kazımova Hacıqabulun Meyniman kəndini tanımadığı üçün toya gəlmədi..."- Pünhan Piriyev -

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Aygün Kazımova Hacıqabulun Meyniman kəndini tanımadığı üçün toya gəlmədi..."- Pünhan Piriyev - xəbəri üçün şəkil

“Zəng etdim Aygün Kazımovaya və dedim ki, toy edirəm, sizin də çıxış etmənizi istəyirəm.  Dedi, ora haradı?…”

Bunu bir müddət əvvəl özünə dəbdəbəli toy etmiş müğənni Pünhan Piriyev sosial media hesabında canlı yayım zamanı bildirib. İzləyiciləri ondan niyə toya Aygün Kazımovanı da dəvət etmədiyini soruşublar.

O, vurğulayıb ki, Xalq artisti Aygün Kazımova Hacıqabulun Meyniman kəndini tanımadığını əsas gətirərək toyda iştirakdan imtina edib.

“Aygün Kazımova toy məclisinin harada təşkil edildiyini soruşdu. Dedim ki, Meyniman kəndindədi. Dedi, ora haradı?… Dedim, vallah, bizim kəndimizdir də – Hacıqabulun Meyniman kəndidir… Dedi, mən ora getməmişəm,  eşitməmişəm. Allah canını sağ etsin, o bizim ürəyimizdir”, – deyə Pünhan Piriyev qeyd edib.

 

JASMİN

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑