Dünya · Təzadlar

ABŞ müharibəyə hazırlaşır? - Pentaqonun planının detalları - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ müharibəyə hazırlaşır? - Pentaqonun planının detalları - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Pentaqon genişmiqyaslı müharibə zamanı xarici dəstək olmadan fəaliyyətini davam etdirə bilmələri üçün ABŞ hərbi bazalarını hazırlayır. Tezadlar.az “Fox News”a istinadən xəbər verir ki, hazırlıq ABŞ ərazisində elektrik şəbəkələrini sıradan çıxara, təchizat zəncirlərini poza və kritik infrastrukturu təhlükə altına sala biləcək risklərə qarşı nəzərdə tutulan FORTRESS hərbi planı çərçivəsində aparılır. Telekanalın əldə etdiyi sənədlərə əsasən, plan ABŞ qoşunlarının asılı olduqları mülki sistemlərin fəaliyyəti pozulduğu halda belə döyüş əməliyyatlarını davam etdirməsini təmin etməyə yönəlib. Belə ki, ABŞ-nin kontinental ərazisində yerləşən hər bir iri hərbi baza su, yanacaq, rabitə və elektrik enerjisi təminatı da daxil olmaqla, ən azı 90 gün ərzində müstəqil fəaliyyət göstərməyə hazır olmalıdır. “Milli müdafiəni təmin etmək üçün mülki və bələdiyyə infrastrukturuna arxalanmaq istəmirik. Biz bunu sadəcə edə bilmərik. Bu, yolverilməz riskdir”, – deyə Pentaqonun nümayəndəsi Şon Parnell telekanala bildirib.

Bundan əlavə, Pentaqon mümkün münaqişə zamanı mülki zavodların müdafiə sifarişlərinin icrasına cəlb edilməsinə hazırlaşır. Silah, yanacaq və digər zəruri materialların fasiləsiz tədarükünü təmin etmək üçün alternativ təchizat zəncirləri yaradılır, strateji ehtiyatlar hazırlanır. “CNN” kanalına ABŞ hökumətindəki 2 vəzifəli mənbə bildirib ki, ABŞ-ın Yaxın Şərqdə yerləşdirilmiş qoşunları döyüş hazırlığı vəziyyətindədir. Donald Tramp əmr verdikdən 96 saat sonra İrana qarşı irimiqyaslı hücum başlayacaq. Mənbələrin sözlərinə görə, regionda kifayət qədər böyük hərbi qüvvə cəmləşdirilib və bu dəfə hücumlar əvvəlki çərçivələrdən çox kənara çıxacaq. Əvvəlki hücumlarda radarlar, buraxılış qurğuları və başqa hərbi hədəflər vurulurdu. Pentaqon İranda vurulacaq hədəflərin böyük bir siyahısını hazırlayıb. Bu siyahıya enerji infrastrukturu, hərbi obyektlər və nüvə mərkəzləri daxildir. Mənbələrin sözlərinə görə, Tramp hələlik son qərarını verməyib, amma aralıq seçkilərdən sonra belə bir əmr vermək niyyətini gizlətmir.

Bloomberg-ə müsahibəsində ABŞ prezidenti Donald Tramp Tehranla razılığa gəlmək və ya ona hücumları davam etdirmək barədə qərar verməyin vaxtı çatdığını bildirib: “Bir qərar verməliyəm: tapşırığı yerinə yetirməliyəm, bu çox asan olardı, yoxsa razılığa gəlim? Vəssalam. Biz oyun oynamırıq”, – deyə Amerika prezidenti qeyd edib. Tramp İranın seçkilərdən əvvəl neft qiymətlərini qaldırmaq üçün “hər şeyi etdiyini” deyib. Bundan əlavə, “New York Times” qəzetinin məlumatına görə, ABŞ və İsrail hərbi idarələri 3 noyabrda keçiriləcək ABŞ ara seçkilərindən sonra İrana qarşı zərbələri bərpa etmək üçün konkret planlar hazırlayıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑