BAKI, 28 oktyabr. TELEQRAF
İranla danışıqlarda vasitəçilik edən ölkələr ABŞ sanksiyalarının yumşaldılması müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) işçilərinin İslam Respublikasındakı nüvə infrastruktur obyektlərində yoxlamalar aparmasına icazə verməyi təklif ediblər .
Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Qətərin rəhbərlik etdiyi regional vasitəçilər ABŞ ilə İran arasında diplomatik razılaşmalar əldə etməyə və ABŞ-nin ara seçkilərindən sonra müharibənin yenidən başlamasının qarşısını almağa çalışırlar. Qətər tərəfi İranı BMT müfəttişlərinin ABŞ-ın bəzi sanksiyalarının yumşaldılması müqabilində zərbə endirilən nüvə obyektlərinə baş çəkməsinə icazə verməyə çağırıb", - deyə məlumatda qeyd olunur.





