Dünya · Teleqraf

Tramp: İranla müharibə bitəndən sonra yanacağın qiyməti düşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: İranla müharibə bitəndən sonra yanacağın qiyməti düşəcək xəbəri üçün şəkil

BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibə başlayandan sonra yanacağın qiymətinin daha kəskin artacağını gözlədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Arizona ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Benzinin bahalaşacağını bilirdim. Amma açığı, qiymətlərin daha çox artacağını düşünürdüm”, – ABŞ lideri bildirib.

Trampın iddiasına görə, hazırda Hörmüz boğazından müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft daşınır.

O, İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra yanacağın ucuzlaşacağını proqnozlaşdırıb.

“Bu müharibə başa çatanda – ki, çox tezliklə bitəcək – qiymətlər aşağı düşəcək. Əslində, onlar indidən xeyli aşağı olmalıdır. Çünki biz çox böyük həcmdə neft əldə edirik”, – Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

Daha sonra Vaşinqton administrasiyası genişmiqyaslı hərbi əməliyyatlardan iqtisadi sanksiyalar vasitəsilə təzyiq siyasətinə keçəcəyinə dair siqnallar verib.

Oktyabrın 10-da isə Tramp İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalını istisna etməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑