Dünya · Teleqraf

Serbiyada müxalifət qələbəni küçələrdə qeyd edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Serbiyada müxalifət qələbəni küçələrdə qeyd edir xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin “Tələbə siyahısı” hərəkatının qələbə qazanması paytaxt Belqradda kütləvi şənliklərlə qeyd olunur.

Teleqraf xəbər verir ki, seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra minlərlə insan Serbiya bayraqları ilə küçələrə çıxıb.

Şəhərin müxtəlif ərazilərində fişənglər atılır, avtomobillər siqnal verir, motosikletçilərdən ibarət dəstələr isə paytaxtın mərkəzinə doğru hərəkət edir.

Nümayişçilər parlament binasının qarşısındakı Pioner parkında qurulmuş barrikadaları da dağıdıblar. Əvvəllər burada Aleksandar Vuçiçin tərəfdarlarının çadır düşərgəsi yerləşirdi.

Xatırladaq ki, oktyabrın 25-də Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç seçkilərdə məğlubiyyətini etiraf edib.

Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, “Tələbə siyahısı” parlamentdə 135–140, Serbiya Tərəqqi Partiyası isə təxminən 105 mandat qazana bilər. Bu nəticələr müxalifətə müstəqil hökumət formalaşdırmaq imkanı verə bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑