Dünya · Teleqraf

Səudiyyə Ərəbistanının paytaxtına növbəti raket hücumu: Yaralılar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanının paytaxtına növbəti raket hücumu: Yaralılar var xəbəri üçün şəkil

BAKI, 14 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumu nəticəsində azı 4 nəfər yaralanıb, 15 yaşayış evinə ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Qurumun “X” sosial şəbəkəsində yaydığı açıqlamaya əsasən, Ər-Riyad səmasında iki qanadlı raket hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.

“Ər-Riyad şəhərinə vurulan iki qanadlı raketin qalıqları düşüb. Nəticədə dörd nəfər yaralanıb”, – məlumatda bildirilib.

Raket qalıqlarının düşməsi nəticəsində 15 yaşayış binasına da ziyan dəyib.

Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyinin məlumatına görə, ölkənin şərqində yerləşən Dəhran şəhərində dövlət neft şirkəti “Saudi Aramco”nun inzibati binası da hücuma məruz qalıb. Hadisə nəticəsində binada yanğın başlayıb.

Qeyd edək ki, son günlər Ər-Riyad Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının mütəmadi hücumlarına məruz qalır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑