Dünya · Teleqraf

Rusiyanın Izyum şəhərinə hücumu nəticəsində ölənlərin sayı beşə çatdı - 31 oktyabr matəm elan edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın Izyum şəhərinə hücumu nəticəsində ölənlərin sayı beşə çatdı - 31 oktyabr matəm elan edildi xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

Xarkov vilayətinin İzyum şəhərində 29 oktyabrda Rusiya hava hücumu nəticəsində ölənlərin sayı beşə çatıb və icma matəm günü elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İzyum icması sosial şəbəkədə məlumat yayıb.

"Düşmənin hava hücumu yerində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təəssüf ki, 5 nəfərin meyiti tapılıb. Daha 14 mülki şəxs müxtəlif dərəcələrdə yaralanıb. Düşmənin bu terror hücumu nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə şəhər hərbi administrasiyasının əmri ilə 31 oktyabr Matəm Günü elan edilib", - deyə məlumatda bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑