Dünya · Teleqraf

Rubio hindistanlı milyarderlə enerji əməkdaşlığını müzakirə etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio hindistanlı milyarderlə enerji əməkdaşlığını müzakirə etdi xəbəri üçün şəkil

ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı Camnagarda yerli "Reliance Industries" şirkətinin neft emalı kompleksini ziyarət edib.

Teleqraf xəbər verir ki, o, hind milyarderi və Direktorlar Şurasının sədri Mukeş Ambani ilə enerji əməkdaşlığı perspektivlərini və qlobal enerji bazarındakı vəziyyəti müzakirə edib.

Rubio zavodda dizel yanacağı, benzin, kerosin və neft-kimya məhsulları istehsalı prosesilə tanış olub.

Ambani və Rubio həmçinin etibarlı və əlverişli enerji təchizatı, davamlı təchizat zəncirləri və artan enerji tələbatını ödəmək üçün lazım olan investisiyalar məsələlərini də müzakirə ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑