Asiya · Teleqraf

Putin İlham Əliyevlə görüşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin İlham Əliyevlə görüşəcək xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən tədbirlər çərçivəsində MDB sammitinin bütün iştirakçıları ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu gün axşam prezidentin bu mədəni tədbirlər çərçivəsində bütün digər iştirakçılarla ünsiyyət qurmaq imkanı olacaq. Yəni sammitin demək olar, bütün iştirakçıları ilə tədbir çərçivəsində təmaslar baş tutacaq”, - Kremlin nümayəndəsi deyib.

Peskov qeyd edib ki, Putinin Türkmənistanda MDB sammiti və Xəzər Ekoloji Sammiti çərçivəsində bir sıra işgüzar görüşləri planlaşdırılıb.

Xatırladaq ki, MDB sammitində hazırda Türkmənistanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑