İdman · Teleqraf

Premyer Liqada çıxış edən futbolçunun evi qarət olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqada çıxış edən futbolçunun evi qarət olunub xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

İngiltərənin “Everton” klubunun futbolçusu Tierno Barrinin evi qarət olunub.

Teleqraf “Daily Mail”ə istinadla xəbər verir ki, hadisə 24 yaşlı hücumçunun İngiltərə Liqa Kubokunda “Nyukasl”la qarşılaşmada iştirak etdiyi vaxt baş verib.

Bildirilib ki, “Everton”un 3:1 hesablı qələbə qazandığı görüşdə qol vuran futbolçunun evinə oğru girib. Həmin vaxt evdə onun həyat yoldaşı Şarlin və bir yaşlı qızı olub.

Hazırda futbolçunun ailəsi hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi üçün ictimaiyyətə müraciət edib və məlumat verənlərə mükafat vəd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑