BAKI, 30 oktyabr. TELEQRAF
Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.
Ehtiyatda daha bir oyunu olan "Sabah" bu qələbədən sonra 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncüdür.
Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.





