Dünya · Teleqraf

Nigeriyada aşkarlanan Ebola virusu ilə bağlı yeni fakt açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nigeriyada aşkarlanan Ebola virusu ilə bağlı yeni fakt açıqlandı xəbəri üçün şəkil

BAKI, 25 oktyabr. TELEQRAF

Nigeriyada qeydə alınan Ebola virusu genetik olaraq bu xəstəliyin Keniyada aşkar olunmuş ştamı ilə əlaqəlidir.

Teleqraf xəbər verir ki, bu barədə Nigeriyanın səhiyyə və sosial müdafiə üzrə naziri Əli Peyt bildirib.

“Bu hal, görünür, genetik olaraq Keniyadakı alovlanma ilə bağlıdır. Genom analizlərinə əsaslanaraq hələlik deyə biləcəyimiz yalnız budur. Ştamın məhz Keniyadan gətirilməsinə dair sübutlar yoxdur, lakin əlaqə aydın görünür", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, analizlər Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin laboratoriyalarında, həmçinin Osun ştatının Ede şəhərində yerləşən Redemir Universitetində aparılıb.

Qeyd edək ki, Nigeriya Səhiyyə Nazirliyi oktyabrın 20-də ölkədə ilk Ebola halını təsdiqləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑