Dünya · Teleqraf

Livanın cənubundakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Livanın cənubundakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb xəbəri üçün şəkil

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ, İsrail və Livan nümayəndə heyətlərinin Floridanın Tampa şəhərində keçirdiyi hərbi-texniki danışıqlar Livanın cənubundakı münaqişənin nizamlanmasında irəliləyişlə nəticələnməyib.

Teleqraf xəbər verir ki, bu barədə Livanın “Əl-Cədid” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Livan hərbçiləri ABŞ-nin vasitəçiliyi olmadan israilli həmkarları ilə birbaşa koordinasiyadan imtina edib və hazırkı mərhələdə birgə əməliyyat qərargahının yaradılmasına razılıq verməyiblər.

Nəticədə, İsrail qüvvələrinin çıxarılmasından sonra təhlükəsizliyə Livan ordusunun nəzarət etməsi nəzərdə tutulan “pilot zonalar” şəbəkəsinin genişləndirilməsi ilə bağlı yeni razılaşmalar əldə olunmayıb.

Tampada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qərargahında keçirilən görüşlər zamanı İsrail “Hizbullah” silahlı qruplaşması tərksilah edilənədək Livanın cənubunda bufer zonasının saxlanılmasını tələb edib.

Livan nümayəndə heyəti isə İsrailin bombardman və atəşləri dayandırmasını, yaşayış evlərinin sökülməsinə son qoyulmasını, eləcə də sərhədyanı ərazilərdə fermerlərin zeytun məhsulunu yığmaq üçün öz torpaq sahələrinə girişinin təmin edilməsini istəyib.

Oktyabrın 20–22-də keçirilən hərbi ekspertlər səviyyəsində məsləhətləşmələr avqustun 4–5-də Romada baş tutan Livan-İsrail danışıqlarının ABŞ-nin himayəsi altında keçirilmiş yeddinci raundundan sonra ilk üçtərəfli təmaslar olub.

Livan və İsrail arasında siyasi danışıqların bərpası tarixinin İsraildə və ABŞ-də keçiriləcək seçkilərdən sonra açıqlanacağı gözlənilir.







BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑