Dünya · Teleqraf

İsraildə parlament seçkiləri keçirilir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsraildə parlament seçkiləri keçirilir xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

Bu gün İsraildə 26-cı çağırış Knessetə (parlament) seçkilər keçirilir.

Teleqraf xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayacaq və 22:00-da başa çatacaq. Ölkə üzrə 12 018 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilərdə 30-dan çox siyasi partiya iştirak edir. Ümumilikdə 7,3 milyon vətəndaş səsvermə hüququna malikdir. Parlamentə düşmək üçün partiyalar ən azı 3,25 faiz səs toplamalıdır.

İlkin nəticələrin oktyabrın 29-da, yekun nəticələrin isə noyabrın 4-dək açıqlanması gözlənilir.

Seçkilərdən sonra Prezident İshaq Hersoq parlamentə daxil olan partiyalarla məsləhətləşmələr apararaq hökumətin formalaşdırılmasını deputatlardan birinə həvalə edəcək. Yeni hökumətin qurulması üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.

Baş nazir postuna əsas namizədlər hazırkı hökumət başçısı Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası və keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun “Yaşar” partiyasıdır.

Rəy sorğularına əsasən, hər iki siyasi qüvvənin parlamentdə 20-23 mandat qazanacağı proqnozlaşdırılır. Bununla belə, nə Netanyahu bloku, nə də müxalifət hazırda hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər dəstəyə malik görünür.

Qeyd edək ki, sonuncu parlament seçkiləri 2022-ci ilin noyabrında keçirilib. Həmin seçkilərdən sonra Netanyahunun rəhbərliyi ilə koalisiya hökuməti yaradılıb.

Seçkilərlə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai asayişin qorunmasına 20 min polis əməkdaşı, sərhəd polisi və könüllü cəlb olunacaq. İsrail ordusu isə İordan çayının qərb sahilindəki nəzarət-buraxılış məntəqələrinin bağlandığını açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑