Dünya · Teleqraf

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeni təklif göndərib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeni təklif göndərib xəbəri üçün şəkil

BAKI, 25 oktyabr. TELEQRAF

İran Hörmüz boğazını açmaq müqabilində ABŞ-dən İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılmasını istəyib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran hərbi və iqtisadi təzyiqlərin artdığı bir vaxtda Pakistan vasitəsilə Vaşinqtona danışıqları bərpa etməyə hazır olduğunu çatdırıb. Bu addım İranın böhranın diplomatik yolla həllinə qayıtmağa hazır olduğuna işarə kimi qiymətləndirilir.

ABŞ-nin təklifə münasibəti hələlik məlum deyil. Həmçinin tərəflər arasında danışıqların nə vaxt bərpa oluna biləcəyi barədə də məlumat yoxdur.

İranın Pakistandakı səfiri Rza Miri Müqəddəm də Tehranın Vaşinqtonla danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑