Yaxın Şərq · Teleqraf

Husilər Səudiyyə Ərəbistanının paytaxtını ballistik raketlə vurdular

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Səudiyyə Ərəbistanının paytaxtını ballistik raketlə vurdular xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Ər-Riyad beynəlxalq hava limanına ballistik raketlə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.

“Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid hava limanını ballistik raketlə vurmağa nail olub”, - o qeyd edib.

Səriya birbaşa zərbədən sonra Səudiyyə Ərəbistanının paytaxtının hava limanında hava nəqliyyatının dayandığını iddia edib. Husilərin sözçüsü həmçinin beynəlxalq aviaşirkətləri krallıq üzərindən uçuşlardan çəkinməyə çağırıb və Səudiyyə Ərəbistanının hava məkanının müsəlmanların müqəddəs şəhərləri Məkkə və Mədinə istisna olmaqla, hərbi əməliyyatlar teatrına çevrildiyini vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑