BAKI, 10 oktyabr. TELEQRAF
Finlandiyanın Baş naziri Petteri Orpo Avropanın təhlükəsizliyini gücləndirmək və Rusiya tərəfindən gələn təhdidlərin qarşısını almaq üçün rusiyalılara turist vizalarının verilməsinin dayandırılmasını tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə “Yle” nəşrinə istinadla xəbər verir.
Orpo gələn həftə keçiriləcək Avropa İttifaqı Şurasının iclasında konkret təkliflə çıxış edəcəyini vurğulayıb:
“Təqdim edəcəyim konkret tədbirlərdən biri Avropanın rusiyalılara turist vizalarının verilməsini tamamilə dayandırmasıdır. Biz Rusiyanın Avropa ərazisində təxribatçılıq fəaliyyəti yürütmək cəhdlərindən ehtiyat edirik. Hansı məntiqlə biz onları Avropa ərazisinə sərbəst hərəkət edə biləcəkləri turistlər kimi buraxmalıyıq?”




