CƏLİLABAD, 29 oktyabr. TELEQRAF
Köhnə Ələt–Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə zamanı VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır, qəzanın digər təfərrüatları dəqiqləşdirilir.





