“Nothing” bu ilin dekabrında ekransız ilk süni intellekt (AI) cihazını satışa çıxaracaq. Onun sözlərinə görə, cihazda ekran olmayacaq və onu sadəcə tətbiq kimi hazırlamaq olmaz. Bu, “Nothing” şirkətinin süni intellekti əsas götürən ilk cihazıdır. Cihazın adı, görünüşü, qiyməti və əsas funksiyaları hələ açıqlanmayıb. Pei paylaşımına sol yuxarı küncündə “NOTHING(R)” yazılan bir şəkil də əlavə edib. Şəkildə yalnız kənarları yumru, qara hissə görünür. Daha əvvəl şirkətin 2 AI funksiyalı ağıllı eynək hazırladığı, modellərdən birində kameranın olmayacağı yazılmışdı. Başqa bir iddiaya görə, “Nothing” diqqətini süni intellekt aksesuarlarına yönəltmək istəyir. Pei deyib ki, süni intellekt modelləri gündəlik söhbətlərdə ortaya çıxan vacib məlumatları çox vaxt qeydə ala bilmir. Onun sözlərinə görə, insan telefonu çıxarıb qeydə başlayana qədər ideya və ya həmin an itə bilər. Bu açıqlama məhsulun ətrafdakı söhbətləri qeydə alan və hər an hazır qalan səs yazma cihazı ola biləcəyini düşündürür. Ancaq “Nothing” bu ehtimalı təsdiqləməyib. Şirkət süni intellekt üçün cihazlar və ayrıca əməliyyat sistemi hazırlamaq planını 1 ildən bir qədər çox əvvəl açıqlamışdı. Pei hesab edir ki, kulon, nişan, eynək və köməkçi cihazlar arasında süni intellekt dünyasının yeni “iPhone” modelini axtarmaq düzgün çıxış yolu deyil. Bazarda artıq “Humane AI Pin”, “Friend” və süni intellekt funksiyalı oyuncaqlar kimi ekransız məhsullar var. “OpenAI” şirkətinin də Jony Ive ilə süni intellekt funksiyalı ağıllı dinamik hazırladığı yazılır. Yeni məhsul müştərilərə dekabrda göndərilməyə başlayacaq.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında ilk qaliblər müəyyənləşib. Oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri arasında keçirilən iki tirajda ümumilikdə 2 Toyota Corolla Cross avtomobili və 14 ədəd iPhone 17 Pro smartfonu artıq sahiblərinə təqdim olunub.
“Macronix” “Nintendo”-nun “Switch” kartricləri üçün ROM çipi istehsalını dayandıraraq AI data mərkəzlərinə yönəlir. Qərar fiziki oyunların qiymətinə təsir göstərə bilər.
Açıq mənbəli “TVPort” layihəsi “Nintendo Switch” oyunlarını “Apple TV 4K”da birbaşa işə salır. Sistem 30 fps və 60 fps seçimləri təklif edir, lakin ağır oyunlarda problemlər qalır.
“Google” məktəblərdə AI alətlərini söndürməyin “Search” xidmətini də bağlayacağı barədə açıqlamadan sonra mövqeyini dəqiqləşdirib. Xidmətləri ayrıca seçmək mümkün olacaq.