ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb.
Sonxeber.az xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir".
Onun sözlərinə görə, İran tərəfi "sadəcə razılaşmaq üçün hər şeyi güzəştə getməyə hazırdır".
Tramp Uitkoffu əla danışıqçı adlandırıb.
