Son xəbərlər · Sonxeber.az

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi xəbəri üçün şəkil

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yeni zərbələrin başlanması ilə bağlı hələlik yekun qərar vermədiyi bildirilir. Məlumata görə, mümkün əməliyyat zamanı İranın nüvə obyektləri, enerji infrastrukturu və digər strateji hədəflərinin vurulması nəzərdən keçirilir. Bu arada İran tərəfi də ABŞ-ın yeni hücumu halında cavab zərbələrinə hazır olduğunu açıqlayıb. İran ordusunun nümayəndəsi Tehranın zərurət yaranacağı təqdirdə ABŞ-ın bölgədəki mövqelərinə qabaqlayıcı zərbələr endirə biləcəyini bildirib.

Digər tərəfdən, ABŞ-İran danışıqları da davam edir. ABŞ rəsmiləri İranın nüvə proqramı ilə bağlı tələblərin yumşaldılması məsələsini müzakirə etsələr də, Tehran Vaşinqtonun tələblərinin İranın mövqeyi ilə üst-üstə düşmədiyini bildirir. Hörmüz boğazı da böhranın əsas nöqtələrindən biri olaraq qalır. İran boğazdakı bəzi gəmiçilik marşrutlarını bağlamaqla hədələyir. ABŞ isə boğazda neft daşımalarının böyük hissəsinin davam etdiyini bildirir. Son günlər bölgədə tankerlərə qarşı yeni hücumlar barədə də məlumatlar yayılıb. Tramp isə müharibənin "çox yaxın zamanda" başa çatacağını desə də, eyni zamanda danışıqlarda razılaşma əldə olunmadığı halda ABŞ-ın hərbi əməliyyatları yenidən başlada biləcəyini açıqlayıb.

Müəllif: İlkin Məmmədkərimov






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑