Anadolu-türk poeziyasının banilərindən biri, sufi-islam filosofu və dahi xalq şairi Yunus Əmrənin yeni əlyazması kəşf edilib. Əlyazmada ümumilikdə 125 şeir olduğu, bunlardan 9-nun yeni olduğu bildirilir. “TRT Haber”in məlumatında deyilir ki, onlardan 113-ü Yunus Əmrəyə, qalanları isə Aşıq Paşa, Səid Əmrə və Kayğusuz Abdala məxsusdur. Yunus Əmrəyə aid 9 şeir isə indiyədək məlum olan digər erkən və sonrakı əlyazma nüsxələrində qeydə alınmayıb.
Digər 104 şeir də mövcud qədim və etibarlı əlyazmalarla müqayisə baxımından tədqiqatçılar üçün əhəmiyyət daşıyır. Beləliklə, yeni nüsxə Yunus Əmrənin yaradıcılığının öyrənilməsi üçün əlavə mənbə rolunu oynayacaq.
Əlyazmanın izinə 1966-cı ildə “Türk Yurdu” jurnalında dərc olunan müsahibə vasitəsilə düşülüb. Həmin müsahibədə son dövrün kitab və əlyazma kolleksiyaçılarından Raif Yelkənçi dağınıq vərəqlər şəklində olan Yunus Əmrə şeirlərindən bəhs edib və onlardan birinin görüntüsünü təqdim edib.
Mətləb

_2478786876.jpg)




