Siyasət · SİA

YAP Xocalı rayon təşkilatında müşavirə keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP Xocalı rayon təşkilatında müşavirə keçirilib xəbəri üçün şəkil

28 oktyabr 2026-cı il tarixində saat 15:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Xankəndi və Xocalı təhsil sektorunun inzibati binasında təşkil olunan müşavirədə YAP Xocalı rayon təşkilatının Xocalı təhsil sahəsi üzrə ərazi partiya təşkilatının 40 nəfər partiya fəalı iştirak edib.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqin əhəmiyyətindən, nitqdə irəli sürülən əsas istiqamətlərdən və partiya qarşısında duran mühüm vəzifələrdən ətraflı bəhs edib.
Vahid Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların dəstəklənməsində, milli maraqların qorunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. O, partiyanın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün hər bir partiya üzvünün üzərinə düşən məsuliyyəti dərindən dərk etməsinin, verilən tapşırıqların icrasında fəallıq göstərməsinin və siyasi proseslərdə yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Məruzədə, həmçinin partiya fəaliyyətinin daha da təkmilləşdirilməsi, ərazi partiya təşkilatları ilə işin səmərəliliyinin artırılması, üzvlər arasında ideoloji maarifləndirmə işinin gücləndirilməsi və partiyanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb. Xocalı təhsil sahəsi üzrə ərazi partiya təşkilatının sədri Rizvan Ələsgərov, eləcə də partiya üzvləri Səbinə Gözəlova və Loğman Məmmədov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının fəaliyyətinin gücləndirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması və gənc nəslin dövlətçilik ruhunda maarifləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, hər bir partiya üzvü öz fəaliyyəti ilə partiyanın nüfuzunun artırılmasına, cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsinə və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına töhfə verməlidir.
Müşavirə zamanı iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Qarşıda duran vəzifələrin icrası, partiya fəaliyyətinin daha da gücləndirilməsi və təşkilati işlərin səmərəliliyinin artırılması istiqamətində müzakirələr keçirilib.
Sonda müşavirənin əhəmiyyəti vurğulanıb, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün partiya üzvlərinin birgə və məqsədyönlü fəaliyyətinin vacibliyi qeyd olunub. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə başa çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑