Siyasət · SİA

Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb xəbəri üçün şəkil

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sabah keçiriləcək 11-ci iclasında ticari-iqtisadi əməkdaşlıqla bağlı əsas məsələlər müzakirə olunacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, toplantıda enerji, nəqliyyat, investisiya, ticarət və digər sahələrdə əməkdaşlıq kimi vacib mövzulara toxunulacaq.

“Bizim həmçinin Gürcüstan-Azərbaycan əməkdaşlığının mühüm rol oynadığı regional əhəmiyyətli layihələrlə, xüsusilə də Orta Dəhlizlə bağlı müzakirə aparmaq imkanımız da olacaq”, - deyə Mariam Kvrivişvili əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑