Cəmiyyət · Sfera.az

Zaur Darabzadə: "44” filmi Azərbaycan kino tarixində rekord tamaşaçı marağına səbəb olub"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaur Darabzadə: "44” filmi Azərbaycan kino tarixində rekord tamaşaçı marağına səbəb olub" xəbəri üçün şəkil

“44” filmi nümayiş olunduğu ilk günlərdən etibarən tamaşaçıların böyük marağı ilə qarşılaşıb.

Sfera.az xəbər verir ki, bu barədə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə "Radio106.3"ə danışıb.

O, filmi məşhur xarici ekran əsərləri ilə müqayisə edərək qeyd edib ki, adətən filmlərin uğuru nümayişin ilk 3-4 günündə toplanan tamaşaçı sayı ilə müqayisə edilir. Sonrakı mərhələdə isə ekran əsərinin ümumi tamaşaçı auditoriyası əsas göstərici hesab olunur.

Bildirib ki, “44” filmi təkcə Bakıda deyil, Gəncə, Sumqayıt və digər şəhərlərdəki kinoteatrlarda da böyük maraqla qarşılanıb və rekord sayda tamaşaçı cəlb edib.

Z.Darabzadə filmin topladığı konkret tamaşaçı sayının isə məxfilik müqaviləsinə görə açıqlanmadığını deyib. Belə ki, Bakı Media Mərkəzi və filmin istehsalçısı ilə bağlanmış müqavilə bu rəqəmlərin ictimaiyyətə təqdim edilməsinə imkan vermir.

Bununla belə, vurğulanıb ki, “44” Azərbaycan kino tarixində on minlərlə tamaşaçı toplayan və tamaşaçı sayında artım dinamikasını qoruyan nadir ekran əsərlərindəndir. Bildirilib ki, bu miqyasda maraq indiyədək Azərbaycan kinosunda qeydə alınmayıb.

Fatimə

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑