Hadisə · Sfera.az

Zəncirvari qəza olub- Xəsarət alanlar var - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zəncirvari qəza olub- Xəsarət alanlar var - Foto xəbəri üçün şəkil

Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub.

Milli.Az Sfera.az-a istinadən bildirir ki, hadisə şəhərin Topçubaşov küçəsində baş verib.

Belə ki, "Hyundai", "Audi" və 2 "KİA" markalı avtomobilin toqquşması ilə baş verən qəzada 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar - 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑