Dünya · Sfera.az

Tramp İrana hücumdan danışdı: “Etdiyim ən yaxşı işlərdən biridir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İrana hücumdan danışdı: “Etdiyim ən yaxşı işlərdən biridir” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Cənubi Karolinada iştirak edəcəyi seçki mitinqinə yollanmaq üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırıb. O gündəmdə olan İran və Rusiya məsələlərinə dair açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Tramp İranla müharibəyə başlamaqdan peşman olmadığını bildirərək, bu addımın Tehranın nüvə silahına sahib olmasının qarşısını aldığını iddia edib.

O, əvvəlki prezidentlərin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün belə bir addım atmadığını bildirib. Prezident iddia edib ki, ABŞ müharibəyə başlamasaydı, İran artıq nüvə silahına sahib ola və ondan istifadə edə bilərdi.

ABŞ prezidenti Rusiya Prezidenti Vladimir Putinlə son söhbətinə toxunaraq, Moskva ilə Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqların müsbət irəlilədiyini deyib.

“Ukrayna məsələsində Rusiya ilə danışıqlar aparırıq. Uzun müddətdir ilk dəfə razılaşmaya bu qədər yaxın ola bilərik”, – deyə Tramp qeyd edib.

Rusiya ilə danışıqlar davam etdiyi müddətdə Moskvaya qarşı yeni sanksiyaların tətbiqini məqsədəuyğun hesab etmədiyini bildirən Tramp, razılaşma əldə etmək üçün həssas diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Rusiyada azadlığa buraxılan ABŞ vətəndaşı Stiven Habberdin hazırda yolda olduğunu deyərək, bu məsələyə görə Moskvaya təşəkkür edib.

Tramp Rusiyanın İranla müharibəyə müdaxiləsinin məhdud olduğunu da bildirib. Onun sözlərinə görə, Moskva bu prosesdə daha fəal rol oynaya bilsə də, demək olar ki, heç bir addım atmayıb.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑