Maqazin · Sfera.az

“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı xəbəri üçün şəkil

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib.

Sfera.az xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub.

Bildirilib ki, idmançı barəsində səkkiz ayrı həbs qərarı olub. Onun axtarışa verilməsinə şəxsi məlumatların qanunsuz əldə edilməsi və ya yayılması, qəsdən xəsarət yetirmə, böhtan, ağır dələduzluq və prezidentin təhqir edilməsi kimi ittihamların səbəb olduğu qeyd edilir.

Həmçinin Tuğsuzun adı Antalyada təxminən 45 milyon türk lirəsi dəyərində villanın satışı ilə bağlı sənədlərdə hallanıb. Mətbuatda onun 2023-cü ildə baş vermiş hadisə ilə əlaqədar hücum və qəsdən xəsarət yetirmə ittihamları ilə də üzləşdiyi bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑