Cəmiyyət · Sfera.az

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək xəbəri üçün şəkil

Yaşı 16-dan aşağı olan şəxslər üçün müvafiq platformalarda fərdi hesabların yaradılmasına yol verilməyəcək. 16-18 yaş qrupuna aid şəxslər üçün isə hesablar yalnız qanuni nümayəndənin razılığı və valideyn nəzarəti paneli vasitəsilə açılacaq.

Sfera.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən I Ailə Forumunda səsləndirib.

Nazir müavini uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik olunmasını ehtiva edən bu qanun layihəsinin məqsədlərindən də danışıb. "Hazırlanan qanun layihəsi interneti bağlamır, uşaqlar üçün təhlükəsizlik zolağı yaradır. Bu o demək deyil ki, uşaqların internetdən istifadəsini tamamilə məhdudlaşdırmaq istəyirik. Əksinə, internetin təhsil müəssisələrində və digər sahələrdə istifadəsi çox vacibdir və artıq geniş şəkildə tətbiq olunur", - deyə S.Məmmədov əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑