Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün müvəqqəti atəşkəs barədə razılığa gəlib.
Sfera.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp tərəflərin onun vasitəçiliyi ilə razılaşdığını bildirib. Lokal atəşkəsin oktyabrın 29-da başlaması planlaşdırılır.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə humanitar əməliyyatla əlaqədar oktyabrın 27-də Bakı vaxtı ilə saat 05:00-dan Xerson istiqamətində atəşin dayandırılacağını açıqlayıb.
Melaniya Tramp Oleşkidə yaşayan insanların ərzaq, dərman, təmiz su və tibbi yardıma təcili ehtiyac duyduğunu bildirib. Şəhəri tərk etmək istəyən sakinlərə Rusiyaya və ya Ukraynaya getmək üçün nəqliyyat təmin ediləcəyi qeyd olunub./publika






